Britaniyanın XİN başçısı Ərdoğanın Rusiyanı taxıl müqaviləsinə qaytaracağına ümid edir
Britaniya ümid edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması üçün yenidən danışıqlara cəlb edə biləcək.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
“Mən həqiqətən ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinə inandıra bilər, çünki bu, insanları aclıqdan xilas etməyə və taxılın beynəlxalq qiymətlərini aşağı salmağa kömək edir”, - Kleverli bildirib.
O əlavə edib ki, Ərdoğan taxıl təşəbbüsünün təminatında Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə iştirak edərək dünyanın bir çox insanı adından inanılmaz dərəcədə vacib işlər görüb.
Xarici işlər naziri Rusiyanı dünya aclığından siyasi təsir üçün istifadədə ittiham edib.