"İnter" və "Mançester Siti"nin futbolçuları həftənin oyunçusu adına namizəd olublar
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə "Mançester Siti"sindən Bernardu Silva ilə Rodri, İtaliya "İnter"indən Lautaro Martines və Hakan Çalhanoğlu iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.