Belarusda pedofilləri axtalamaqla “müalicə edəcəklər”
Belarus Səhiyyə Nazirliyi pedofiliya ilə bağlı müalicə protokolunu, o cümlədən kimyəvi axtalanma üsulunu təsdiqləyib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat verib.
Eyni zamanda, Cinayət Məcəlləsinə də dəyişikliklərin hazırlandığı qeyd edilib. Bu dəyişikliklərə əsasən, pedofillər məhkəmənin hökmü ilə məcburi müalicəyə göndərilə bilərlər.
Bundan əlavə, Belarus Prezidenti Aleksandr Lukaşenko Baş Prokurorluğun qeyri-ənənəvi cinsi münasibətlərin təbliği, cinsiyyət dəyişikliyi, pedofiliya və övlad sahibi olmaqdan imtinaya görə məsuliyyətin artırılması barədə təşəbbüsünü dəstəkləyib.
Mənbə: Osnmedia.ru