Ukrayna ordusu Kiyevdə Rusiyanın 30-dan çox PUA-sını və raketini məhv edib
İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Məlumata görə, Rusiya ordusu eyni vaxtda dron və qanadlı raketlərlə paytaxta hücum ediblər.
Raket buraxılışları Xəzərdəki Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumata görə, “Şahed” PUA-ları eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri 30-dan çox müxtəlif təyinatlı hava hədəflərini aşkarlayaraq məhv edib. Dağıntı və tələfat barədə məlumat yoxdur.