Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib
- 28-05-2023, 12:39
- Dünya
Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb.