"Norway Chess": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçı ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, 38 yaşlı qrossmeyster III turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.
Məmmədyarov hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə birlikdə 8-9-cu pillələri bölüşdürür. Aktivində 3 xalı olan Dommaraku isə Fransanı təmsil edən Alireza Firuzca ilə 4-5-ci yerdədir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.