Mahir Emreli: "Konyaspor"un yeni mövsüm planlarında yer alsam, şad olaram"
"Yeni mövsümlə bağlı mənimlə görüş olmayıb. Müqavilə ilə Zaqreb "Dinamo"suna məxsusam. Amma "Konyaspor"un yeni mövsüm planlarında yer alsam, şad olaram".
"Report"un məlumatına görə, bunlar Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli "Kontv"yə açıqlamasında deyib.
Hazırda icarə əsasında "Konyaspor"un formasını geyinən 26 yaşlı hücumçu Türkiyə klubunda qalmaq istədiyini bildirib: "Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik. Burada adaptasiya problemi yaşamadım. Bu səbəbdən Konyanı çox sevdim".
Türkiyə Super Liqasının XXXIII turunda "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri ev oyunu barədə də fikirlərini bölüşən forvard matçın çətin keçdiyini söyləyib: "Həftə ərzində yaxşı hazırlaşmağımıza baxmayaraq, bəzi sürprizlərlə qarşılaşdıq. Bununla belə, maraqlı qarşılaşma oldu. Hər iki komanda 10 dəqiqə ərzində qollar vurdu. Konsentrasiyanı itirməməyimiz bizi çox sevindirdi. Qollar buraxsaq da, ruhdan düşmədik".
Öz çıxışına da toxunan Emreli ilk dəfə "Konyaspor"dakı oyunundan narazı qalıb: "Buraya gəldiyimdən bu yana aktiv olmadığım matç keçirdim. Ümid edirəm ki, bu, sonuncu belə görüşüm olar. Çünki belə davam etməsini istəmirəm".
Qeyd edək ki, Mahir Emrelinin "Konyaspor"la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.