Rusiya qoşunları qitələrarası ballistik raketi sınaqdan keçirib
Rusiyanın Strateji Təyinatlı Raket Qüvvələri (STRQ) qitələrarası ballistik raketi (QBR) sınaqdan keçirib. Buraxılış Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Həştərxan vilayətindən atılan təlim döyüş başlığı Qazaxıstanın Sarı-Naqan poliqonunda hədəfə düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, sınaq tapşırıqları tam yerinə yetirilib. Qurum qeyd edib ki, buraxılış yeni strateji komplekslərin işlənib hazırlanmasında istifadə olunan “sxem dizaynının və texniki həllərin düzgünlüyünü” təsdiqləməyə imkan verib.