Türkiyə İndoneziyaya ballistik raketlər verəcək
- 10-11-2022, 09:14
- Dünya
Raket istehsalı üzrə ixtisaslaşmış Türkiyənin hərbi-sənaye şirkəti “Roketsan” İndoneziya Müdafiə Nazirliyi ilə ölkəyə 470 kq döyüş başlığına malik, uzaqdan 280 m-ə qədər hədəfləri vura bilən “Xan” ballistik raketlərinin tədarükü üçün müqavilə bağlayıb.
Məlumata görə, saziş Cakartada “Indo Defense Expo & Forum” çərçivəsində imzalanıb. Müqavilənin dəyəri və tədarükün həcmi açıqlanmayıb.
Raket müştərinin istəyindən asılı olaraq təkərli buraxılış qurğusundan və digər sistemlərdən atıla bilər.
Bildirlib ki, İndoneziya Hərbi Dəniz Qüvvələri də Türkiyənin “Atmaca” gəmi əleyhinə raket sistemlərinə maraq göstərir.