Bakı-Sumqayıt yolunun açılacağı vaxt bilindi
- 21-02-2020, 13:45
- Cəmiyyət
Ən çox tıxac olan yolda işlər yaya kimi bitməlidir
Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması işləri davam etdirilir. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun istismara veriləcəyi vaxtı açıqlayıb.
Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq. "Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq".
Qurum sədri bildirib ki, Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihə də hazırlanıb. "Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".