Yeni nazirdən İLK AÇIQLAMA
- 26-01-2021, 13:59
- Manset
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələrinin vacib olduğunu anlamaqla yanaşı, əsas vəzifəmizin sahə üzrə, yəni, nazirliyə həvalə edilmiş sahə üzrə effektiv dövlət siyasətinin həyata keçirilməsi, ədalətli tənzimləmə mexanizmlərinin yaradılması və nəticə etibarilə ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır".
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu bu gün yeni təyin edilmiş nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin qəbulunda bildirib.
"Cənab Prezident, Siz hər zaman söyləyirsiniz ki, əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar.
Cənab Prezident, sonda icazə verin, Sizi əmin edim ki, iqtisadi islahatların dərinləşməsi ilə bağlı qarşıya qoyduğunuz tapşırıqlara da sahə nazirliyi olaraq öz töhfəmizi verə bilmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır. Göstərdiyiniz bu yüksək etimada görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Çalışacağıq ki, bütün işimizdə Sizin etimadınızı doğruldaq".