“Əfv Komissiyası yaxın vaxtlarda toplaşacaq” - Zahid Oruc
- 19-01-2021, 14:24
- Manset
“Avropa İnsan Haqlarına Azərbaycanın müraciəti fonunda qarşı tərəfin də müraciətləri olub. Biz bu istiqamətdə işləri genişləndirməliyik”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, beynəlxalq təşkilatlarla əlaqələrin və münasibətlərin genişləndirilməsinə ehtiyac var: “Əfv Komissiyası yaxın vaxtlarda tam tərkibdə toplaşacaq. Bu istiqamətdə bir sıra çağırışlar, istəklər var. Amnistiya ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə dair təklif artıq daxil olub. Digər tərəfdən, diaspor haqqında qanun da hazırdır. Diffamasiya ilə bağlı 4 ildən artıq dövrdə müzakirələr aparılır. Prezident tərəfindən bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyi yaradılıb. Bu istiqamətdə də problemlər olduğu bizə bəllidir”.
Diffamasiya məsələsinə toxunan Z. Oruc 4 illik sənədlər toplusunu Əli Hüseynlidən götürdüyünü, nifrət nitqi ilə bağlı da beynəlxalq təcrübəni tam öyrəndiklərini deyib: “Artıq bunu qanun layihəsinə çevirməliyik. Nifrət nitqi fenomenindən ən çox əziyyət çəkən ölkələrdən biriyik. Nifrət dilini sosial şəbəkələrdə fenomenləşdirməyə çalışan insanlar var”.
Komitə sədri qeyd edib ki, Azərbaycan müəyyən qədər konfliktli olan beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb: “Əlaqələrin yeni səhifəsi baxımından bunu davam etdirmək lazımdır. Həm “Amnesty İnternational”, həm də digər təşkilatlarla əməkdaşlıq genişləndirilməlidir. Onların Qarabağ məsələsi ilə bağlı hesabatları beynəlxalq aləmdə bizim haqlı olduğumuzu daha da sübut edir”.