azadses.az » Kriminal » Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR + FOTO

Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR + FOTO

Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR + FOTO
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.

“Report”un Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə etdiyi məlumatlarda müalicə prosesinin davam etdirildiyi, durumunun günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.



Belə ki, martın 28-i saat 21:51-də paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb.

Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin qeyd edilib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.

Artıq o da məlum olub ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam ifşa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin də təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.

Ötən gün yayılan məlumatlara əsasən isə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində Səbail Rayon Məhkəməsində keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 62 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub
  2. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  3. Zaqatalada 44 yaşlı qadını qətlə yetirən qardaşı tutulub - YENİLƏNİB
  4. Sabunçu rayonunda avtomobil yolu keçən piyadanı vurub
  5. Bakıda 14 yaşlı yeniyetmə yol qəzasında xəsarət alıb
  6. Bakıda yol qəzası olub, xəsarət alan var
  7. Bakıda gənc qadın yol qəzasında xəsarət alıb
  8. Xırdalanda motosiklet avtomobillə toqquşub, maşındakı uşaq yaralanıb
  9. Sarayda 9 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Bakıda ərəb turisti avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. “Report”un Ətraflı
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
"Sənət bazar deyil, özünə qiymət qoyasan". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib