Bakıda silahlı insidentdə yaralanan şəxslərin son vəziyyətləri AÇIQLANDI - YENİLƏNİB + VİDEO
TƏBİB Bakının Nəsimi rayonu ərazisində baş verən hadisə ilə əlaqədar yaralıların son durumu barədə məlumat yayıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
16:38
“Təəssüf hissi ilə bildirirəm ki, bu gün Səməd Vurğun küçəsində baş verən silahlı insidentdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli də yaralanıb”.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, adıçəkilən tələbə 08:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb.
16:10
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən zaman dərs saatı olmayıb.
ATU-dan məlumatı redaksiyamıza təsdiq ediblər.
15:51
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.
Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.
Canlı yayımı təqdim edirik: