Gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların SON DURUMU
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, bir nəfər vəfat edib.
Bu barədə "Azadsəs.az"a Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə verdikləri məlumatda qeyd olunub.
Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir. Reanimasiya şöbəsində müalicə alan yeddi nəfərdən üçünün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər beş nəfərin vəziyyəti stabil ağır, dördünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırırlar.