Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü - FOTO
Beyləqan rayonu Tatalılar kəndində qətlə yetirilən bir ailənin dörd üzvünün fotoları yayımlanıb.
“Qafqazinfo” qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci il təvəllüdlü Tərgül Quliyeva və oğulları 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadənin fotolarını əldə edib.
Qeyd edək ki, hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.