Daha bir kişi keçmiş arvadını və özünü öldürdü - Bir ayda üçüncü ailə faciəsi
Qubada 56 yaşlı kişi keçmiş arvadını qətlə yetirib, daha sonra intihar edib.
Rayon prokurorluğundan "Azadsəs.az"a verilən xəbərə görə, aprelin 19-da Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla İlham Xudamovun bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Xatırladaq ki, aprel ayında Azərbaycanda artıq 3-cü hadisədir ki, kişi həyat yoldaşını qətlə yetirdikdən sonra intihar edib. Belə ki, aprelin 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, aprelin 16-da isə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində oxşar hadisə baş verib.