Tağı Əhmədovun 2 milyonunu mənimsəyənə cəza istənildi
- 5-03-2022, 14:42
- Cəmiyyət
“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsi yekunlaşır.
“Azadsəs.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda S.Xəlilovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Prosesdə dövlət ittihamçısı çıxışında bildirib ki, Səadət Xəlilovun zərərçəkmiş Sultan Əliyevdən mərmər-qranit biznesi adıyla 2 milyon manat alıb qaytarmaması məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib.
Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.