“Onu bağışlayıram, həbsdən azad edin”
- 22-02-2022, 23:22
- Kriminal
Valideynləri tərəfindən evdən qovulduğu üçün onları bıçaqlayan şəxsin məhkəmə prosesi yekunlaşıb.
“Azadsəs.az”ın məlumatına görə, hadisə ötən ilin yayında Bakıda baş verib. Fəqan Mustafayev anası ilə mübahisə etdikdən sonra onu sifətindən itələyib.
Bunu görən atası Oktay Fəqanı polisə şikayət edib. Polislər onu bölməyə çağırıb izahatını alıblar. Daha sonra evə gələn Fəqan valideynlərinin onu şikayət etməsindən hiddətlənərək, yenidən mübahisə etməyə başlayıb. Mətbəx bıçağı ilə atasına xəsarət yetirib.
Anası Nailə Mustafayeva ona mane olmağa çalışarkən Fəqan anasını da bıçaqlayıb. O, anasının baş və bədən nahiyəsindən bıçaqla vurub. Bundan sonra valideynlərini qonşuların köməyilə xəstəxanaya çatdırıb.
Xoşbəxtlikdən Oktay Mustafayev və Nailə Mustafayevanın həyatını xilas etmək mümkün olub. Fəqan Mustafayev tutularaq istintaqa cəlb olunub.
F.Mustafayev məhkəmədə deyib ki, valideynlərinin onu evdən qovması çox pis təsir edib:
"Ona görə də anamı itələdim. Atam bunu görüb “102”ə şikayət etdi. Bir neçə dəqiqədən sonra polis əməkdaşı mənə zəng edərək 27-ci bölməyə çağırdı. Gedib izahat verib, evə qayıtdım. Valideynlərimə şikayət etmələrinə görə irad bildirdim.
Atam yenidən şikayət edəcəyini dedi. Mən də əsəbiləşib onu bıçaqla vurdum. Anam aramıza girib əl-qol atdı. Valideynlərimin məni tutdurmaq istəmələri bütün əsəblərimi pozdu. Özüm də bilmədən anamı bıçaqladım. Hadisə bir anda baş verdi. Törətdiyim əməldən çox peşmanam. Hərəkətimə görə utanıram və valideynlərimdən üzr istəyirəm”.
Məhkəmədə dindirilən Nailə Mustafayeva Fəqanın fiziki qüsurlu olduğunu və onun işləməməsi səbəbindən mübahisə yarandığını deyib:
“Mübahisə zamanı Fəqana qarşı çox aqressiv davrandım. Hirslənərək onu evdən qovdum. Bu da Fəqanı özündən çıxardı. Onun məni üzümdən itələməsinə görə ərim Fəqanı şikayət etdi. Fəqan polisə gedib izahat verdikdən sonra əsəbi halda evə qayıtdı. Bu dəfə də ərimlə birlikdə Fəqanın üstünə qışqıraraq evi tərk etməsini tələb etdim. O, anidən bıçaq götürərək, “əl çəkin məndən, bezdirməyin, yoxsa pis olacaq” dedi. Lakin mən və ərim Fəqanın sözlərinə məhəl qoymadıq, daha da aqressiv davrandıq. Hətta ərim Fəqanın üzərinə cumaraq vurmaq istədi.
Bu vaxt Fəqan Oktayı bıçaqladı. Gözlərimə inanmadım və Fəqanın üstünə cumdum. Anidən məni də bıçaqladı. Bir də xəstəxanada ayıldım. Bir ana kimi oğlumun xəstə olduğunu bilə-bilə ona qarşı çox haqsızlıq və kobudluq etdim. Fəqanın tutulması mənə çox pis təsir etdi. Bir ana kimi özümü bağışlaya bilmirəm. Oğlumla barışmışam, həbsdən azad edilməsini istəyirəm”.
Qeyd edək ki, Fəqan Mustafayev Cinayət Məcəlləsinin 126-cı maddəsinin (qəsdən sağlamlığa ağır zərər vurma) iki bəndi ilə təqsirli bilinib. Lakin məhkəmə F.Mustafayevin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ana-oğul münasibətlərini, anası ilə barışmasını, əməlindən peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, cinayəti törətdikdən sonra anasını xəstəxanaya çatdırmaqda kömək etməsini nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanskiya müddətindən aşağı cəza təyin edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mustafayev 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib.