Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib
![](/uploads/posts/2022-02/medium/1644808387_e72e4ee6fb7a9df46eba9c5286dec.jpg)
İspaniya Milli Polisinin məlumatına görə, qaçaqmalçı ailəsi ilə birlikdə yaşadığı Barselonadakı elit bir məhəllədə yaxalanıb.
“Saxlanılan şəxs Avropol tərəfindən ən çox axtarılan cinayətkarlardan biri idi", - polisin açıqlamasında deyilir.
Sloveniya vətəndaşı bir neçə ildir ki, axtarışdadır. Cinayətkarın tutulması əməliyyatı Sloveniya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib və onlar İspaniya tərəfinə, xüsusən də onun gizləndiyi uydurma adlar və istifadə etdiyi avtomobillər barədə məlumat veriblər.
Sloveniya Prokurorluğu cinayətkarı 300 kq-dan çox heroinin qanunsuz dövriyyəsində ittiham edir.