Главная > Kriminal / Manset > Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib
Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib14-02-2022, 11:42. Разместил: admin |
![]() İspaniya Milli Polisinin məlumatına görə, qaçaqmalçı ailəsi ilə birlikdə yaşadığı Barselonadakı elit bir məhəllədə yaxalanıb. “Saxlanılan şəxs Avropol tərəfindən ən çox axtarılan cinayətkarlardan biri idi", - polisin açıqlamasında deyilir. Sloveniya vətəndaşı bir neçə ildir ki, axtarışdadır. Cinayətkarın tutulması əməliyyatı Sloveniya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib və onlar İspaniya tərəfinə, xüsusən də onun gizləndiyi uydurma adlar və istifadə etdiyi avtomobillər barədə məlumat veriblər. Sloveniya Prokurorluğu cinayətkarı 300 kq-dan çox heroinin qanunsuz dövriyyəsində ittiham edir. Вернуться назад |