Sevgilisini ərinə xalasıoğlu kimi tanıdaraq evə çağırıb - Tərtərdəki qətlin təfərrüatı
- 6-11-2021, 13:16
- Kriminal
Tərtər Məhkəməsinin qarşısında ondan boşanmaq üçün gələn arvadını öldürən Anar Əliyevin cinayət işi üzrə bir sıra məqamlar üzə çıxıb.
“Azadsəs.com”un məlumatına görə, məhkəmə istintaqı zamanı məlum olub ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyeva ilə son zamanlar aralarında yaranmış soyuq münasibət səbəbindən xəyanətdən şübhələnib. Evdə olarkən A.Əliyevanın telefonda kiminləsə danışdığını görüb, telefonu əlindən alıb. Həyat yoldaşının “Whatsapp”da yazışdığı və “Könül” adı ilə qeydə aldığı şəxsin profil şəklində onlara bir müddət əvvəl qonaq gəlmiş və xalasıoğlu kimi təqdim etdiyi hərbçi İsrafil V.-nin şəklini görüb. O, hərbçi ilə arvadı arasında qeyri-əxlaqi yazışmalar olduğunu, arvadının yarıçılpaq şəkillərini hərbçiyə göndərdiyini aşkar edib. Daha sonra Arzu Əliyeva da hərbçi ilə aralarında qeyri-rəsmi münasibət olduğunu etiraf edib.
Anar Əliyev arvadından boşanmaq üçün məhkəməyə müraciət edib. Arzu Əliyeva Tərtər Rayon Məhkəməsinin qarşısına gələn zaman əri tərəfindən bıçaqlanıb. Hətta Anar Əliyev arvadının ona hərbi qulluqçu ilə xəyanət etməsi barədə mesaj vermək məqsədilə bıçağın üstünə “HƏRBÇİ” sözünü yazıb. Binanın pilləkəni üzərində A.Əliyevanı bıçaqla vurub yerə yıxdıqdan sonra dizlərini onun kürəyinə dayayaraq əlavə zərbələr endirib. A.Əliyeva kəskin qanitirmə nəticəsində vəfat edib.
Anar Əliyev məhkəmədə ifadə verərək bildirib ki, həyat yoldaşı həm də onun dayısının övladlığı olub: “Ondan kiminlə danışdığını soruşduqda bacısı Könüllə danışdığını dedi. Telefonu alıb nömrəyə və mesajlara baxanda başqa məzmunlu yazışmalar gördüm. “Whatsapp” profilindəki şəkilə baxanda şəxsin kim olduğunu tanıdım. Martın 19-da Arzunun bacısı İsrafil adlı oğlanla bizə qonaq gəlmişdi. İsrafili xalası oğlu kimi təqdim etmişdi. İsrafil gecə bizdə qalmışdı. Həmin gecə Arzu ilə cinsi münasibətdə olduqlarını öyrəndim. Arzu da bunu sonradan etiraf etdi. Bundan sonra Arzudan boşanmaq qərarına gəldim, məhkəməyə müraciət etdim. Onu öldürmək üçün bir müddət gözlədim ki, xəyanət etməsi təsdiq olunsun. Məhkəmə binasının qarşısında bıçaqla onun boğazını kəsdim. Ətrafdakı vətəndaşlar və polis onu əlimdən aldılar”.
A.Əliyevanın atalığı ifadəsində bildirib ki, o, övladı olmadığına görə Arzu Əliyevanı 1995-ci ildə tanımadığı ailədən baldızının vasitəsilə övladlığa götürüb: “Arzu sakit təbiətli, mehriban, hamı ilə yola gedən, tərbiyəli qız olub. Anar isə həm bacımoğlu, həm kürəkənimdir. Arzu övladlıq olduğu üçün onun qohumlarını tanımamışıq. İsrafilin həqiqətən Arzunun xalası oğlu olduğunu düşünmüşdük. Bir il əvvəl Könül bacısı Arzunu tapmaq üçün Xoşqədəm Hidayətqızına müraciət etmişdi. Həmin vasitə ilə Könül və Arzu bir-birilərini tapmışdılar”.
A.Əliyevanın bacısı Könül Abbasova ifadəsində bildirib ki, Arzu körpə vaxtlarında tanımadıqları ailəyə övladlığa verildiyindən münasibətləri kəsilibmiş: “2019-cu ildə bacımı tapması üçün Xoşqədəm Hidayətqızına müraciət etmişdim. O, bizi görüşdürmüşdü. Həmin vaxtdan həftədə bir-iki dəfə Arzu ilə əlaqə saxlamışıq. Martın 18-də Arzu zəng edərək bayram münasibətilə məni qonaq çağırdı. Arzu mənim nömrəmi bir şəxsə verəcəyini, həmin adamın mənimlə əlaqə saxlayacağını və onu Arzugilə aparmağımı xahiş etdi. Həmin adamı çoxdan tanıdığını dedi. “20 yanvar”da İsrafillə görüşüb Gəncəyə getdik. Evə çatanda Arzu məni kənara çəkib içəridə olan qonaqlara və ərinə İsrafili xalasıoğlu kimi təqdim etməyimi istədi. Arzu İsrafillə “TikTok”da tanış olduğunu, aralarında qeyri-rəsmi münasibət yarandığını və mütəmadi olaraq telefonla əlaqə saxladıqlarını bildirdi. İsrafili xalamoğlu kimi təqdim etdiyimdən Anar İsrafilin onlarda qalmasına etiraz etmədi. Səhər oyanıb vağzala getdim, İsrafilə iradımı bildirdim. Məsələnin üstü açılarsa, hamının onu qınayacağını dedim. Daha sonra Anar həqiqəti öyrənib və bu əməli törədib”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 və 228.4-ci maddələri ilə təqsirli bilinərək 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.