Goranboyda 35 yaşlı kişi bıçaqlandı
![](/uploads/posts/2021-03/medium/1616303723_1596249185-360121-0cdd61dc-5534-3ae2-8630-d0b0d53c1985-260x145.jpg)
"Report"un məlumatına görə, hadisə Dəliməmədli şəhərində qeydə alınıb. Goranboy rayon sakini, 35 yaşlı Azər Şərifov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.