Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir
- 1-11-2023, 21:00
- İqtisadiyyat
Bu gün Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") işə başlayıb.
"Report" xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.
Forumun əsas mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır. Tədbir "İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi", "Özünəxidmətin yeni sərhədi", "Maliyyə texnologiyaları və trendlər", "Ödənişlərin təkamülü: minimum təmasa doğru", "Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası", "Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları", "ESG bankçılığı", "Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada pul köçürmələri" mövzularını da əhatə edir.
IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.