azadses.az » Cəmiyyət » Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir - FOTO

Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir - FOTO

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb.

İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.

Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət oxunub.

Forumun açılışında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Katibi Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim Arda Ermut, Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış ediblər.

Forum öz işini “İƏT ölkələrində insan kapitalı və sahibkarlıq”, “Gənclərin innovasiya və texnologiyaların təşviqində rolu” və “Startapların inkişafının gücləndirilməsi: Effektiv investisiya ekosisteminin qurulması” mövzularında panel müzakirələrlə davam etdirəcək.

Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50-yə yaxın startapın layihəsinin təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin forumda iştirak edən 30-a yaxın investor tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir.

Forumda çərçivəsində iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər də keçirilib.

Noyabrın 18-də isə forum öz işini “Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar” və “Unicorna gedən yol: İnvestorların gözləntiləri” mövzularında panel iclasları ilə davam etdirəcək.

Qeyd edək ki, “NEQSOL Holding”, “Kapital Bank”, “Turkish Airlines”, “Nextstep” İnnovasiya Mərkəzi, “Norm Sement”, “Ziraat Bank Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan”, “Albayrak Qrupu” və “Agromix” şirkətləri Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun sponsorları sırasındadırlar.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”