Norveç Ukraynaya qaz almaq üçün milyonlarla dollar verəcək
- 22-11-2022, 10:21
- İqtisadiyyat
Norveçin maliyyə naziri Tryuqve Slaqsvold Vedum Ukraynaya qarşıdan gələn qışda təbii qazın alınması üçün 2 milyard NOK (182 milyon dollar) maliyyə vəsaitinin ayrılması haqqında saziş imzalayıb.
Bu barədə Norveç hökumətinin bəyanatında deyilir.
Vəsait Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə təmin ediləcək. Bankın adından sazişə AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink imza atıb.
Qeyd edək ki, Norveç AYİB-in Ukraynada ikinci ən böyük donorudur. Təşkilat Ukrayna iqtisadiyyatının davamlı fəaliyyətini təmin etmək üçün 2022-2023-cü illərdə Ukraynaya 3 milyard avroluq maliyyə paketi təqdim etməyi öhdəsinə götürüb.