Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3500 dollara çatıb
- 26-08-2022, 21:48
- İqtisadiyyat / Manset
Avropanın TTF qovşağında qazın qiyməti min kubmetr üçün 3500 dollara yaxınlaşıb.
Bu göstərici Londonun ICE birjasının məlumatlarında əks olunub.
Xəbərin yazıldığı vaxtda sentyabr fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 3480 dollar təşkil edir.
Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb.
Artım Rusiyadan qaz tədarükü ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və ayın sonunda “Şimal axını”nın dayandırılmasının elan edilməsi ilə bağlıdır. Yanacağın bahalaşması fonunda elektrik enerjisinin qiymətləri də rekordlar qırır.
Fransada 2023-cü il üçün elektrik enerjisinin tədarükü fyuçerslərinin dəyəri meqavat-saat üçün 1075 avroya çatıb. Avropa bazarı üçün etalon rolunu oynayan Almaniyadakı analoji göstəricilər də rekordu yeniləyib və meqavat-saat üçün 920 avro təşkil edib.