Avropada qazın qiyməti bahalaşıb
![](/uploads/posts/2022-02/medium/1643946920_5c6db5bd-0059-3f14-b001-2c0f3f121f76_850.jpg)
"Report" xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.
Ticarətin başlanğıcında mart fyuçersləri 943 ABŞ dolları təşkil edib.
Sessiyanın bağlanmasına yaxın qiymət 4 % artıb.
Avropada qazın qiymətində nəzərəçarpacaq artım ötən ilin dekabr ayında qeydə alınıb. Fyuçerslər iki dəfə artaraq 2190,4 ABŞ dolları səviyyəsində tarixi rekord vurub.