AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı
- 22-09-2020, 16:45
- İdman
AFFA İntizam Komitəsinin iclası keçirilib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın son turu ilə bağlı cəzalar bəlli olub.
“Qəbələ” – “Keşlə” oyununda ev sahibi komandanın futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. “Keşlə”nin isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunur.
“Zirə” – “Sabah” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.