Главная > İdman > Millimizin futbolçusu COVID-19-dan sağaldı və Vətənə döndü
Millimizin futbolçusu COVID-19-dan sağaldı və Vətənə döndü27-11-2020, 13:25. Разместил: azadses |
Millimizin və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə koronavirusdan sağalıb. UEFA Millətlər Liqasının Xorvatiyada Monteneqro ilə oyunu ərəfəsində COVID-19-a yoluxan Təmkinin verdiyi növbəti testin nəticəsi neqativ çıxıb. Bu üzdən futbolçu Xorvatiyadakı hoteli tərk edib və Azərbaycana qayıdıb. Qeyd edək ki, millimizin daha iki futbolçusu, “Qarabağ” klubunun üzvləri – Rahil Məmmədovla Maksim Medvedev hələ də sağalmayıblar. Onlar müvafiq olaraq Xorvatiya və Lüksemburqdakı hoteldə müalicə alırlar.Oxu.az Вернуться назад |