Главная > İdman > UEFA Super Kuboku matçı təhlükə altındadır
UEFA Super Kuboku matçı təhlükə altındadır29-08-2020, 08:52. Разместил: azadses |
İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər. "Azad Səs" "The Times" nəşrinə istinadən xəbər verir ki, Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib. Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir. Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb. Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2. Вернуться назад |