“Qalatasaray” hücumçusunu İspaniya klubuna satıb
- 2-02-2024, 13:55
- İdman
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.
“Report” xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.
Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.