"Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb
- 4-01-2024, 17:10
- İdman
İspaniyanın "Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, Madrid təmsilçisi cari mövsüm çempionatda 19 oyunda 11 qol buraxmaqla buna nail olub.
Bu, "kral klubu"nun La Liqa tarixindəki ən yaxşı göstəricisinin təkrarıdır.
Komanda 1961/1962 mövsümündə 19 matçda qapısında eyni sayda top görüb və həmin vaxt çempion olmuşdu.
Qeyd edək ki, "Real" hazırda 48 xalla liderdir. İkinci sıradakı "Jirona" da eyni xala malikdir.