İlin ən məhsuldar “Top-5” liqa klubları: “Qarabağ”ı ilk “5-lik”dən 1 qol ayırır - ARAŞDIRMA
Avropanın “Top-5” liqalarında 2023-cü ildə ən çox qol vuran klubların adları müəyyənləşib.
“Report”un məlumatına görə, araşdırma klubların bütün turnirlərdəki çıxışlarına əsasən aparılıb.
İl ərzində hələlik 100 qol səddini keçən yeganə komanda İngiltərə klubu “Mançester Siti”dir. “Şəhərlilər” rəqib qapılarından 112 top keçiriblər. İkinci sırada İspaniya nəhəngi “Real” qərarlaşıb. “Kral klubu” 2023-cü ildə 95 dəfə fərqlənib. İtaliya “Fiorentina”sı və İngiltərə “Mançester Yunayted”i hərəyə 83 qolla 3-4-cü yerləri bölüşdürürlər. Beşinci sıradakı Almaniya çempionu “Bavariya” 82 qola sevinib.
Müqayisə üçün bildirək ki, Azərbaycanın ən məhsuldar komandası “Qarabağ” bu il 81 qolla diqqət çəkib. Ağdam təmsilçisinin 47 qolu 2022/2023 mövsümünün ikinci yarısına, 34 topu isə 2023/2024 mövsümünün geridə qalan dönəminə düşür.