UEFA PSJ və "Milan"ı cərimələyib
- 23-11-2023, 16:17
- İdman
UEFA İntizam Komitəsi Fransanın PSJ və İtaliyanın "Milan" klublarını cərimələyib.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna hər iki komanda arasında baş tutan Çempionlar Liqasının qrup mərhələsinin III turunun matçında azarkeşlərin davranışı səbəb olub.
Paris təmsilçisi fanatlarının pirotexniki vasitələrdən istifadəsinə, stadionda keçidləri bağlamasına və meydana daxil olmasına görə 98 min avro cərimələnib. PSJ-yə 2 illik sınaq müddəti təyin edilib. Belə hallar bir də təkrarlanacağı təqdirdə, klubun ev oyunlarını keçirdiyi stadion qismən azarkeşlər üçün bağlanacaq.
"Milan" isə öz növbəsində tərəfdarların insidentlərinə və pirotexniki vasitələrdən istifadəsinə görə 23 min avro ödəyəcək.
Qeyd edək ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.