Azərbaycanın 2 boksçusu Avropa birinciliyində finala yüksəlib
- 24-08-2023, 12:41
- İdman
Azərbaycanın 2 boksçusu Sloveniyanın Maribor şəhərində keçirilən məktəblilər arasında Avropa birinciliyində finala yüksəlib.
“Report”un məlumatına görə, Şahin Aslanov və Səftər Məmmədzadə yarımfinal döyüşlərində rəqiblərini məğlub ediblər.
52 kq çəki dərəcəsində mübarizə aparan Şahin Aslanov gürcüstanlı Snadro Kapanadzeni üstələyib - 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27). O, finalda Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.
90 kq-da çıxış edən Səftər Məmmədzadə isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək, tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq uğrunda döyüşdə Yosip-Vladislav Kozakeviçlə (Ukrayna) qarşılaşacaq.
Digər boksçulardan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitiriblər. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqiblər qalib gəldiyindən, yığma üzvləri 3-cü yeri tutublar.
Qeyd edək ki, Avropa birinciliyində final döyüşləri avqustun 25-də keçiriləcək.