Azərbaycan millisinin daha üç boksçusu finala yüksəlib
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinal döyüşləri başa çatıb.
"Report" xəbər verir ki, bu mərhələnin ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu finala yüksəlib.
54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qazaxıstanlı Akıltay Rabatovla üz-üzə gəlib. Görüş Avropa çempionumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərhad Şeydayev (75 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Milli üzvü Daniel Zıryanovu (Rusiya) məğlub edərək finalda iştirak hüququ qazanıb.
Yığmamızın digər boksçusu Marjona Savriyeva (50 kq) da adını həlledici görüşə yazdırıb. O, 1/2 finalda rusiyalı Mariya Kuzakmetovadan güclü olub.
Zeynəb Rəhimova (54 kq) finala gedən yolda Valeriya Linkovanı (Rusiya) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz bürünc medala layiq görülüb.
Beləliklə, finala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Bir gün öncə Tural Sarıyev (51 kq) də yarımfinal görüşündən qələbə ilə ayrılıb.
Zeynəb Rəhimovadan əvvəl Mehparə Məmmədova (48 kq) və Şəmsi Şahbazov (71 kq) da festivalı bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarışda final döyüşləri avqustun 24-25-də keçiriləcək.