Coy Lens Mikels: “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi”
- 23-08-2023, 10:18
- İdman
“Komanda yoldaşlarım və sevimli “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi”.
“Report”un məlumatına görə, bunu yay fasiləsində “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”a keçən Coy Lens Mikels instaqram səhifəsindəki paylaşımında yazıb.
Almaniyalı futbolçu vida mesajında klubdakı bəzi rəsmilərdən incidiyini də gizlətməyib: “Əziz ailəm “Sabah”, kaş, hər şey başqa cür olaydı. Amma həyat bəzən belə gətirir. Sağollaşmaq həmişə çətindir və vidalaşma tərzim təsəvvür etdiyim kimi deyildi. İki il meydanda qan-tər axıtdıqdan sonra bəzi insanlar bu hərəkətimin xoş qarşılanmadığını dedilər. Həmin insanlarla “döyüşmək” fikrində deyiləm. Məni günahkar göstərmək, heç vaxt klubda olmamışam kimi paltardəyişmə otaqlarından və dəhlizdən şəkillərimi çıxarmaq böyük zəiflikdir. Hekayəmi deyə bilmədim, çünki bunu etmək şansım olmadı”.
29 yaşlı hücumçu Azərbaycanı ikinci vətəni adlandırıb: “Bu, həmişə belə də qalacaq. Sizin üçün çox darıxacağam. Çünki mənə heç vaxt unuda bilməyəcəyim ailə bəxş etdiniz. Bu, indiyə qədər keçirdiyim ən yaxşı iki ilim idi. İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz güvənən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada əlimdən gələnin ən yaxşısını etdim. Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir insana çevrildim. Hər birinizə təşəkkür edirəm. Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. “Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik. Heç vaxt “heç vaxt” demə! Sizi sevirəm”.
Qeyd edək ki, 2021-ci ildən “Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.