İspaniyanın “Selta” klubu həbs olunmuş futbolçu ilə müqaviləyə xitam verib
- 5-08-2023, 16:07
- İdman
İspaniyanın “Selta” klubu hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
"Report" bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Mina ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv edilib.
Qeyd edək ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq.Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.
Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən "Selta"da oynayırdı.