Finlandiyalı hücumçu Rəşad Sadıqovu geridə qoyub
- 21-06-2023, 20:04
- İdman
Finlandiyalı futbolçu Teemu Pukki milli komandada keçirdiyi oyun sayına görə, Azərbaycan yığmasının rekordçusu Rəşad Sadıqovu geridə qoyub.
“Report”un məlumatına görə, 33 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsində Sloveniya (2:0) və San-Marino (6:0) ilə görüşlərdə iştirak edərək buna nail olub.
Bununla Pukki Finlandiya yığmasındakı ümumi oyun sayını 112-yə çatdırıb. O, San-Marino ilə qarşılaşmada fərqlənərək, millidə 38-ci qolunu vurub. Pukki 2009-cu ildən yığmaya dəvət alır.
Qeyd edək ki, Rəşad Sadıqov 2001-2017-ci illər ərzində Azərbaycan millisinin heyətində 111 oyuna çıxıb, 5 qola imza atıb. Yığmalardakı oyun sayına görə rekordçu isə portuqaliyalı Kriştianu Ronaldudur (200 oyun, 123 qol).