Harri Keyn “Mançester Siti”yə keçmək istəyir, “Tottenhem” müqavimət göstərir
İngiltərə millisinin hücumçusu Harri Keyn “Mançester Siti”yə keçmək naminə yeri gələrsə “Tottenhem”in məşqlərinə qatılmaqdan imtina edəcəyini bildirib.
“The Telegraph” nəşri xəbər verir ki, hücumçu bu barədə İngiltərə millisində olan komanda yoldaşlarına deyib.
Qeyd edək ki, “Tottenhem” klubunun rəhbərliyi 27 yaşlı futbolçunu başqa kluba buraxmaq niyyətində olmadığını bildirib.
Başqa bir xəbərdə isə qeyd olunur ki, “Tottenhem” Keynə görə 150 milyon funt-sterlinq tələb edir.