“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI
![](/uploads/posts/2022-11/medium/1667918370_uourjuchsvrlwzxtpyezwpouph4btggpcybets44.jpg)
Peşəkar Futbol Liqası məlumat verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.
Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.
Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.
Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaq, Eyyub İbrahimov ona yardım edəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək.