Главная > İdman / Manset > “Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI


8-11-2022, 18:52. Разместил: admin
Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqası məlumat verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.
Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.

Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaq, Eyyub İbrahimov ona yardım edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək.
Вернуться назад