“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib
![](/uploads/posts/2022-11/medium/1667385419_azer.jpg)
“Report” xəbər verir ki, bu barədə “Frayburq”un mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.
Qeyd edək ki, “Qarabağ”-“Frayburq” matçı noyabrın 3-də, saat 21:45-də start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.