Главная > İdman / Manset > “Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib


2-11-2022, 18:09. Разместил: admin
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Frayburq” (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Frayburq”un mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.

Qeyd edək ki, “Qarabağ”-“Frayburq” matçı noyabrın 3-də, saat 21:45-də start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Вернуться назад