Bayrağımızın dalğalandığı ilk dünya çempionatı - FOTO/VİDEO
Bu ilin may ayında “Ironman” (triatlon) üzrə növbəti dünya çempionatı keçirilib.
Pandemiya səbəbindən yarış Havay adalarının Koni şəhərindən Sent-Corc şəhərinə köçürülüb. Həmin şəhərdə may ayında suyun temperaturunun 14-15 dərəcə C olması, velosipedlə 2200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatın “Ironman” tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb oldu.
Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirib. Ağır şərtlərə baxmayaraq, Aydın Kərimov “Ironman” dünya çempionatındakı tam məsafəni başa vuraraq bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.
Ümumilikdə “Ironman” yarışının tam məsafəsi 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped yürüşü və 42,2 kilometr qaçışdan ibarətdir. Məhz bu səbəbdəndir ki, yarışa verilmiş 3800 ərizəyə baxmayaraq, yalnız 2800 iştirakçı qoşula bilib və onların 20%-i missiyanı tamamlaya bilməyib. Digər yarışlarda isə bu göstərici 7%-ə bərabər olurdu.
Aydın bu yarışın öhdəsindən 14 saat 15 dəqiqədə gəlməyi bacarıb. Bu yarışla birlikdə o, üç dəfə “Ironman” (“dəmir adam”) titulunu qazanıb. Barselonada keçirilən ilk yarışı 10 saat 50 dəqiqədə, Tallindəki digər yarışı isə 11 saat 53 dəqiqədə tamamlayıb.
Aydın Kərimov təkcə “Ironman” marafonlarında iştirak etmir, həm də triatlonu fəal şəkildə təbliğ edir. Aydın METAK şirkətinin icraçı direktoru olması ilə yanaşı, həm də çoxsaylı azərbaycanlı triatlonçuları birləşdirən “AlphaTriClub”ı yaradıb. Klub ölkəmizdə triatlon idman növünü böyüklər və uşaqlar arasında təbliğ edir və yarışlar təşkil edir. Biz Azərbaycan təmsilçisinin triatlon kimi idman növündə iştirakı ilə fəxr edir və millilərimizin sayının dünya çempionatlarında artmasına inanırıq.
https://www.instagram.com/aydin.karimov/
https://www.facebook.com/Karimov.Aydin
https://www.youtube.com/c/AydinKarimov28