Azərbaycan üzgüçüsü bürünc medal qazandı, dünya çempionatına vəsiqə qazana bilmədi - FOTO
Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycan Üzgüçülük Federasiyasından "Azadsəs.az"a verilən məlumata görə, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanmış Məryəm 50 metr sərbəst üsulda 26.83 nəticə ilə güclülər sırasında ilk “üçlük”də yer ala bilib. Lakin idmançımız 18 iyun – 3 iyul tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına lisenziya qazana bilməyib.
Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, Məryəm Şeyxəlizadəxangahın bu nəticəsi həm ölkə üzrə, həm də şəxsi rekorddur:
“Komanda yarışlara ciddi hazırlaşır. Məryəmin çıxışında lisenziya normativi üçün çox cüzi vaxt çatışmazlığı oldu. Ümidvarıq ki, o, növbəti yarışlarda dünya çempionatına vəsiqə qazana biləcək”.