Главная > İdman > Qaret Beyl karyerasını erkən bitirməyi düşünür

Qaret Beyl karyerasını erkən bitirməyi düşünür


22-05-2021, 10:30. Разместил: azadses
“Real”ın yarımmüdafiəçisi Qaret Beyl karyerasını erkən bitirməyi düşünür.

Bu barədə “As” nəşri məlumat yayıb.

Məlumata görə, 31 yaşlı futbolçu “Tottenhem”də icarədə keçirdiyi cari mövsümdən sonra “Real”a qayıtmağı və son ilini burada oynamağı planlaşdırır.

Hazırda isə Beylin bütün diqqətinin AVRO-2020 hazırlıqlarına yönəldiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasının 19 matçında iştirak edən oyunçu 9 qol vurub və 2 məhsuldar ötürmə edib.


Вернуться назад