UEFA kompensasiya kimi 2023-cü il ÇL finalını İstanbula verə bilər
UEFA builki Çempionlar Liqası finalının təşkili hüququnun Türkiyədən alınaraq, İngiltərəyə verilməsi barədə danışıqlar aparır.
“The New York Times” xəbər verir ki, qurum kompensasiya olaraq, növbəti mövsümlərdən birinin ÇL finalını İstanbula verə bilər.
Bu, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibəti ilə bir hədiyyə olaraq qiymətləndirilir.
Qeyd edək ki, hazırda 2023-cü il finalının Münhenin “Alyans Arena” stadionunda keçirilməsi planlaşdırılır.