Главная > İdman / Manset > Millimizin baş məşqçisi: “Oyundan 50 faiz razı qaldım”

Millimizin baş məşqçisi: “Oyundan 50 faiz razı qaldım”


25-03-2021, 12:00. Разместил: azadses
“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq”.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandası texniki cəhətdən daha güclü kollektivlə oynayırdı: “Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik”.
Məşqçinin sözlərinə görə, seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmaq çətindir: “Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Вернуться назад